Dünya bazarlarında son qiymət dəyişiklikləri

Dünya bazarlarında son

Dünya əmtəə bazarında müxtəlif məhsulların qiymətində kəskin dəyişikliklər qeydə alınıb. Kənd təsərrüfatı məhsulları arasında kərə yağı və kakao bahalaşdığı halda, metal bazarında platin və gümüş ciddi ucuzlaşıb.

Monetar.az xəbər verir ki,  kənd təsərrüfatı əmtəələri arasında ən böyük artım kərə yağında olub. Onun qiyməti 2,38 faiz yüksəlib. Kakaonun qiyməti 2,17 faiz, kauçukun qiyməti isə 1,55 faiz artıb.

Eyni zamanda qarğıdalının qiyməti 1,57 faiz, buğdanın qiyməti isə 1,37 faiz azalıb.

Metal bazarında isə əsas itkilər platin və gümüşdə qeydə alınıb. Platin 3,84 faiz, gümüş 3,65 faiz, qızıl isə 1,70 faiz ucuzlaşıb.

Metallar arasında ən çox bahalaşan məhsullar silisium (1,01 faiz), dəmir filizi (0,56 faiz) və litium karbonat (0,56 faiz) olub.

Enerji əmtəələri üzrə ən böyük ucuzlaşma metanolda qeydə alınıb. Onun qiyməti 4,45 faiz, istilik yağının qiyməti isə 4,17 faiz düşüb.

Bunun əksinə, Brent markalı neft 3,42 faiz bahalaşıb. Benzinin qiyməti 2,40 faiz, propan 2,38 faiz, xam neft isə 1,52 faiz artıb.