İlin əvvəlindən Azərbaycanda 750 əyarlı qızıl üzüyün orta pərakəndə satış qiyməti 39,95 manat və ya 3,6 faiz azalıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 5 qramlıq 750 əyarlı qızıl üzüyün orta qiyməti yanvarda 1105,99 manat olduğu halda, avqustda 1066,04 manat təşkil edib.
Beləliklə, ilin əvvəlindən 5 qram qızıl üzüyün orta qiyməti 39,95 manat ucuzlaşıb.
Gümüş üzüyün qiymətində isə demək olar ki, dəyişiklik olmayıb. 5 qram gümüş üzüyün orta qiyməti yanvarda 52,87 manat olduğu halda, avqustda 52,89 manat olub.