İlin əvvəlindən ərzaq qiymətləri necə dəyişib? – Ən çox bahalaşan məhsullar

İlin əvvəlindən ərzaq qiymətləri necə dəyişib? –

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda bir sıra əsas ərzaq məhsullarının orta pərakəndə satış qiymətləri ilin əvvəlindən yüksəlib. Ən çox bahalaşma bulka, qarabaşaq yarması və çovdar çörəyində qeydə alınıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bulkanın 100 qramının orta qiyməti yanvarda 47 qəpik olduğu halda, avqustda 51 qəpiyə yüksəlib. Beləliklə, məhsulun qiyməti 8,5 faiz artıb.

Qarabaşaq yarmasının 1 kiloqramının orta qiyməti 2,76 manatdan 2,93 manata yüksəlib. Bu, 6,2 faizlik artım deməkdir.

Çovdar çörəyinin 1 kiloqramının orta qiyməti 2,06 manatdan 2,18 manata, qarışıq undan hazırlanan çörəyin qiyməti isə 1,70 manatdan 1,78 manata qalxıb.

Eyni dövrdə uzun düyünün orta qiyməti 4,77 manatdan 4,89 manata, buğda ununun qiyməti 1,49 manatdan 1,50 manata, manna yarmasının qiyməti 2,67 manatdan 2,72 manata yüksəlib.

Şirniyyat məhsullarında da qiymət artımı qeydə alınıb. Paxlavanın 1 kiloqramının orta qiyməti 13,83 manatdan 14,16 manata, kremli biskvit tortunun qiyməti isə 14,75 manatdan 15,18 manata yüksəlib.

Bununla yanaşı, yumru düyünün qiymətində fərqli dinamika müşahidə olunub. Məhsulun orta qiyməti yanvar ayında 3,06 manat olduğu halda, avqustda 3,08 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin avqustunda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, 2025-ci ilin avqust ayı ilə müqayisədə isə 7,2 faiz artıb.