Beynəlxalq reytinq agentliyi Fitch Ratings 2026–2027-ci illər üçün bir sıra əmtəələrin qiymət proqnozlarını yüksəldib. Ən böyük dəyişiklik mis üzrə gözləntilərdə olub.
Monetar.az xəbər verir ki, agentlik 2026-cı il üçün misin qiyməti ilə bağlı proqnozunu ton üçün 12,5 min dollardan 13,5 min dollara qaldırıb. 2027-ci il üzrə gözlənti isə 11 min dollardan 12 min dollara yüksəldilib.
Fitch 2026-cı il üçün sərt kokslaşan kömürün qiymət proqnozunu da ton üçün 220 dollardan 230 dollara, 2027-ci il üzrə isə 190 dollardan 200 dollara artırıb.
Sink üzrə 2026-cı il proqnozu 3 300 dollardan 3 500 dollara, 2027-ci il üçün isə 2 900 dollardan 3 200 dollara yüksəldilib.
Agentlik palladiumun 2026-cı il üzrə qiymət gözləntisini unsiya üçün 1 350 dollardan 1 400 dollara artırıb.
Nikellə bağlı 2027-ci il proqnozu isə ton üçün 15 min dollardan 16 min dollara yüksəldilib.
Fitch bildirib ki, proqnozların yenilənməsində cari bazar qiymətləri ilə yanaşı, əmtəələr üzrə tələb və təklifə təsir edən amillər nəzərə alınıb.