2026-cı ilin ilk yarısında dünya üzrə ümumi borcun həcmi 365 trilyon dollara çataraq yeni rekord müəyyənləşdirib. İlin əvvəlindən göstərici 10 trilyon dollardan çox artıb.
Monetar.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatlarında bildirilir.
Artımın əsas hissəsi inkişaf etməkdə olan ölkələrin payına düşüb. Bu ölkələrin ümumi borcu son bir ildə 6,5 trilyon dollar artaraq 110 trilyon dolları ötüb.