“Formula-1” üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində dərslər bu gündən etibarən 3 gün distant formada keçiriləcək.
Monetar.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, sentyabrın 23-25-də Bakıdakı ali təhsil müəssisələrində tədris prosesi məsafədən təşkil olunacaq.
Əmr “Formula-1” üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə imzalanıb.
Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.