Bakının Sabunçu rayonunda, Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məhdudiyyət səbəbindən 49 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.
Təmir işləri başa çatanadək marşrutun son dayanacaq məntəqəsi Asif Əsədullayev küçəsində, Yeni Ramana yolu ilə kəsişmənin yaxınlığında təşkil olunub.
AYNA-nın məlumatına görə, məhdudiyyət təmir işlərinin yekunlaşmasına qədər qüvvədə olacaq.