“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İran ərazisində yerləşən Astara Terminalında 2026-cı ilin yanvar-avqust aylarında 537 min tondan çox yük aşırılıb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz çoxdur.
Avqust ayında isə terminalda yük aşırılmasının həcmi illik müqayisədə 50 faiz artaraq 76 min tona çatıb.
Beləliklə, ilin ilk səkkiz ayında Astara Terminalında yük daşımalarının artım tempi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib.