Dünyada istehsal olunan hər 3 avtomobildən 1-i Çinin payına düşür

Dünyada istehsal olunan hər 3 avtomobildən 1-i

Dünyada istehsal olunan avtomobillərin təxminən hər üçündən biri Çinin payına düşür. 2025-ci ildə Çin 34,5 milyon avtomobil istehsal etməklə qlobal avtomobil istehsalında 35,8 faiz paya sahib olub.

Monetar.az xəbər verir ki, 2025-ci ilin istehsal göstəricilərinə əsasən, dünyanın avtomobil istehsalı bir neçə ölkədə cəmləşib. İlk üçlük – Çin, ABŞ və Yaponiya – qlobal istehsalın 55 faizdən çoxunu təmin edib.

ABŞ 10,2 milyon avtomobil istehsal etməklə dünya istehsalının 10,6 faizini, Yaponiya isə 8,4 milyon avtomobillə 8,7 faizini təşkil edib.

Siyahıda dördüncü yerdə Hindistan qərarlaşıb. Ölkədə 2025-ci ildə 6,5 milyon avtomobil istehsal edilib.

Almaniya, Cənubi Koreya və Meksikanın hər birində istehsal 4,1 milyon avtomobil təşkil edib. Braziliyada 2,6 milyon, İspaniyada 2,3 milyon, Fransada isə 1,5 milyon avtomobil istehsal olunub.

2025-ci ildə ən çox avtomobil istehsal edən ölkələr belə sıralanıb:

  1. Çin – 34,5 milyon

  2. ABŞ – 10,2 milyon

  3. Yaponiya – 8,4 milyon

  4. Hindistan – 6,5 milyon

  5. Almaniya – 4,1 milyon

  6. Cənubi Koreya – 4,1 milyon

  7. Meksika – 4,1 milyon

  8. Braziliya – 2,6 milyon

  9. İspaniya – 2,3 milyon

  10. Fransa – 1,5 milyon

İlk 10 ölkənin ümumi istehsalı 2025-ci ildə dünyada istehsal olunan avtomobillərin 80 faizindən çoxunu təşkil edib.