Apple Londonda 600 nəfərlik yeni konsert məkanı açıb

Apple Londonda 600 nəfərlik

“Apple” şirkəti Londonun tarixi Battersea Power Station kompleksində canlı musiqi tədbirləri üçün nəzərdə tutulmuş yeni məkanın – Apple Music Hallun açılışını elan edib.

Şirkətin məlumatına görə, hazırlanmasına beş il sərf olunan layihə “Apple”ın canlı musiqi sahəsində həyata keçirdiyi ikinci böyük təşəbbüsdür. Şirkət bundan əvvəl, 2007-ci ildə məşhur Apple Music Festival layihəsinə start vermişdi.

600 nəfər tutumu olan Apple Music Hall-un dizaynında Battersea Power Stationun tarixi memarlığından ilham alınaraq kərpic hörgü üslubundan istifadə edilib. Məkanda tədbirin formatından asılı olaraq yerini dəyişə bilən hərəkətli səhnə quraşdırılıb. Tamaşaçılar konsertləri oturaraq, ayaqüstə və ya tribunadan izləyə biləcəklər.

Yeni məkanda konsertlərin hazırlanması və yayımı üçün xüsusi prodakşn studiyası da yaradılıb.

Bundan əlavə, Battersea Power Station kompleksində Apple Music Radio üçün yeni studiyalar istifadəyə verilib. Bundan sonra xidmətin Londonda fəaliyyət göstərən bütün aparıcılarının canlı radio proqramlarını məhz bu studiyalardan yayımlaması nəzərdə tutulur.

Yeni məkanın istifadəyə verilməsi ilə “Apple” Londonda canlı musiqi tədbirləri, radio yayımı və musiqi istehsalını eyni məkanda birləşdirən yeni platforma yaradıb.

MONETAR.AZ