Elm sahəsində dünyanın ən güclü ölkələri – Çin birinci oldu

Elm sahəsində dünyanın ən güclü ölkələri –

Çin 15 yaşlı şagirdlərin elm üzrə nəticələrinə görə dünyada birinci olub. Ölkə PISA 2025 qiymətləndirməsində 597 bal toplayıb.

Monetar.az xəbər verir ki,  OECD-nin PISA 2025 nəticələri əsasında hazırlanan reytinqdə Sinqapur 560 balla ikinci, Makao 541 balla üçüncü, Tayvan 540 balla dördüncü, Yaponiya isə 538 balla beşinci yerdə qərarlaşıb.

İlk 7-likdə Asiya ölkələrinin üstünlüyü diqqət çəkib. Cənubi Koreya 526 balla 7-ci, Avropanın ən yüksək nəticə göstərən ölkəsi Estoniya isə 527 balla 6-cı olub.

Reytinqdə Böyük Britaniya 511, Kanada 510, Yeni Zelandiya və Avstraliya 509, Finlandiya 504, ABŞ 502, İsveçrə 501, İrlandiya 500, Avstriya isə 497 bal toplayıb.

ABŞ-ın nəticəsi 482 bal olan OECD orta göstəricisindən 20 bal yüksəkdir.

PISA 2025 qiymətləndirməsində 91 ölkə və iqtisadiyyatdan 760 mindən çox 15 yaşlı şagird iştirak edib. Qiymətləndirmə şagirdlərin yalnız elmi faktları bilməsini deyil, elmi hadisələri izah etmək, araşdırma və sübutları qiymətləndirmək, eləcə də elmi məlumatlardan qərar qəbulunda istifadə etmək bacarıqlarını da ölçür.

Nəticələrdə Asiya təhsil sistemlərinin üstünlüyü diqqət çəkir. İlk 7 nəticənin 6-sı Asiya ölkələri və ərazilərinin payına düşüb.

OECD məlumatlarına görə, təşkilata üzv ölkələr üzrə elm fənnində orta bal 482-yə düşərək PISA tarixində ən aşağı səviyyəyə çatıb.

Qeyd edək ki, PISA 2025-də Çin göstəricisi Pekin, Şanxay, Tszyansu və Çjetszyan üzrə nəticələri əhatə edir.