Əmtəə bazarlarında kəskin qiymət dəyişiklikləri 

Əmtəə bazarlarında

Qlobal əmtəə bazarlarında müxtəlif istiqamətli hərəkətlər müşahidə olunur. Enerji məhsullarında yüksəliş qeydə alınarkən, bəzi qiymətli metallar üzrə eniş baş verib.

MONETAR.AZ xəbər verir ki, enerji əmtəələri arasında ən böyük artım qızdırıcı mazutda (Heating Oil) qeydə alınıb. Onun qiyməti 10,68 faiz yüksəlib. Propan 6,90 faiz, Böyük Britaniya təbii qazı 5,39 faiz, Brent markalı neft 5,15 faiz, WTI markalı xam neft isə 4,34 faiz bahalaşıb. Təbii qazın qiyməti isə 1,83 faiz azalıb.

Kənd təsərrüfatı məhsulları bazarında ən böyük artım kərə yağında qeydə alınıb. Məhsulun qiyməti 6 faiz yüksəlib. Kakao 4,86 faiz, kanola isə 3,16 faiz bahalaşıb. Ən böyük ucuzlaşma isə qarğıdalı (-2,10 faiz) və buğdada (-1,98 faiz) müşahidə olunub.

Metallar bazarında əsasən eniş tendensiyası üstünlük təşkil edib. Platin 4,27 faiz, gümüş 2,69 faiz, silikon 2,29 faiz, qızıl isə 0,85 faiz ucuzlaşıb. Dəmir filizi 1,43 faiz, polad armatur isə 0,95 faiz bahalaşıb.

Ekspertlər bildirirlər ki, əmtəə bazarlarındakı dəyişikliklər qlobal tələb-təklif balansı, geosiyasi proseslər, enerji bazarındakı risklər və investor gözləntiləri ilə bağlıdır.