Kakao 5,5 faiz, gümüş 4 faiz ucuzlaşıb 

 Kakao 5,5 faiz,

Dünya əmtəə bazarında müxtəlif məhsullar üzrə fərqli qiymət dəyişiklikləri qeydə alınıb. Kənd təsərrüfatı məhsulları arasında kakao, metallar bazarında gümüş və qızıl, enerji daşıyıcıları arasında isə metanol və təbii qaz diqqət çəkib.

Monetar.az xəbər verir ki, kənd təsərrüfatı əmtəələri arasında ən böyük ucuzlaşma kakao üzrə qeydə alınıb. Kakao 5,52%, kauçuk 1,82%, qəhvə isə 0,82% ucuzlaşıb.

Bunun əksinə, yulafın qiyməti 3,70%, soyanın qiyməti 3,42%, qarğıdalının qiyməti isə 2,41% artıb.

Metallar bazarında da əsas məhsulların əksəriyyəti ucuzlaşıb. Alüminium ərintisinin qiyməti 4,36%, gümüşün qiyməti 4,02%, qızılın qiyməti isə 2,94% azalıb.

Enerji bazarında ən yüksək artım metanol üzrə qeydə alınıb. Onun qiyməti 7,66% yüksəlib. Böyük Britaniyada təbii qaz 3,43%, Avropa İttifaqında təbii qaz isə 3,39% bahalaşıb.

Eyni zamanda, istilik yağının qiyməti 2,20%, benzinin qiyməti 1,08%, Brent markalı neftin qiyməti 0,83%, xam neftin qiyməti isə 0,66% geriləyib.