Neftin qiyməti 4 seanslıq enişdən sonra bahalaşıb

Neftin qiyməti 4 seanslıq enişdən

Neftin qiyməti bu gün Asiya ticarət sessiyasında ardıcıl dörd seanslıq enişdən sonra cüzi artıb. Bazar iştirakçıları bu həftə BMT Baş Assambleyası çərçivəsində ABŞ və İran arasında mümkün danışıqlara diqqət yetirirlər.

Saat 05:15 radələrində Brent markalı neftin noyabr fyuçersləri 0,6 faiz bahalaşaraq bir barel üçün 100,89 dollara yüksəlib. West Texas Intermediate (WTI) markalı neftin oktyabr tədarükü üzrə fyuçerslərinin qiyməti isə 0,4 faiz artaraq 96,19 dollar təşkil edib.

Dünən Brent neftinin qiyməti 3,4 faiz, WTI isə 4,5 faiz ucuzlaşıb. Hər iki əsas neft markası sentyabrın 9-dan etibarən ən aşağı bağlanış qiymətini qeydə alıb.

Hazırda bazarda əsas diqqət ABŞ-İran münasibətlərində mümkün diplomatik təmaslara yönəlib. İnvestorlar danışıqların Yaxın Şərqdə geosiyasi gərginliyə və nəticə etibarilə qlobal neft tədarükünə necə təsir göstərə biləcəyini qiymətləndirirlər.

MONETAR.AZ