Metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişin tələbatının artması nəzərə alınaraq Bakının Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində avtobuslar üçün xüsusi hərəkət zolaqları təşkil edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, yeni zolaqlar sərnişinlərin avtobuslarla daha rahat və maneəsiz daşınmasına, həmçinin yolda vaxt itkisinin qarşısının alınmasına imkan verir.
Xüsusi hərəkət zolaqları sayəsində müntəzəm və ekspres marşrutlar üzrə hərəkət edən avtobusların daha səmərəli və fasiləsiz fəaliyyəti təmin olunur.