Hər il sentyabrın 22-də dünyada “Ümumdünya Avtomobilsiz Günü” qeyd olunur. Günün əsas məqsədi insanları alternativ nəqliyyat vasitələrindən və ictimai nəqliyyatdan istifadəyə təşviq etmək, avtomobillərdən istifadənin ətraf mühitə təsirini azaltmaqdır.
Monetar.az xəbər verir ki, “Ümumdünya Avtomobilsiz Günü” 1998-ci ildən etibarən keçirilir.
Bu gün münasibətilə müxtəlif ölkələrdə insanlar avtomobildən istifadəni azaltmağa, piyada gəzməyə, velosiped sürməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırılır. Təşəbbüs həmçinin sağlam həyat tərzinin təşviqinə və havanın çirklənməsinin azaldılmasına diqqət çəkir.
Avtomobildən daha az istifadə olunması yanacaq sərfiyyatının və atmosferə atılan istixana qazlarının azalmasına kömək edə bilər.
Sentyabrın 22-də piyada gəzmək, velosipeddən istifadə etmək və ya ictimai nəqliyyata üstünlük verməklə ətraf mühitin qorunmasına töhfə vermək mümkündür.