“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını nəzərə alaraq sentyabrın 26 və 27-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək.
ADY-dən bildirilib ki, Bakı–Qazax–Bakı istiqamətində ənənəvi qrafik üzrə gündəlik qatar səfərləri də davam etdirilir.
Əlavə reyslərin təşkili sərnişin axınının artdığı günlərdə bu istiqamətdə daşınma imkanlarının genişləndirilməsinə xidmət edəcək.