Sürücülər üçün növbəti test imtahanlarının tarixləri açıqlanıb

Sürücülər üçün növbəti test imtahanlarının

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülər, eləcə də beynəlxalq yük daşımaları ilə məşğul olan sürücülər üçün növbəti test imtahanı sentyabrın 29-da keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün isə imtahan oktyabrın 1-də təşkil olunacaq.

İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı"  xidməti vasitəsi ilə əldə edə bilərlər.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etməlidirlər. Sənədlərdən hər hansı biri olmadıqda və ya təqdim olunan sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.