Pensiyaların ödənilməsi bu gün yekunlaşacaq

Pensiyaların ödənilməsi

Sentyabrın 22-də Azərbaycanda pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Monetar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 22-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.