Azərbaycan Milli Konservatoriyası kafedra müdiri vəzifəsinin tutulması üçün müsabiqə elan edib.
Monetar.az xəbər verir ki, müsabiqə Ənənəvi musiqi sənəti fakültəsinin Aşıq sənəti kafedrasında vakant olan kafedra müdiri vəzifəsi üzrə keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslərdən sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na uyğun olaraq qəbul edilir.
Sənədlər müsabiqənin elan olunduğu gündən etibarən bir ay müddətində təqdim edilməlidir.
Sənədlər Azərbaycan Milli Konservatoriyasına, Bakı şəhəri, Ə. Ələkbərov küçəsi 7, AZ1073 ünvanına təqdim olunmalıdır.