Qızılın qiyməti ABŞ-da faiz artımı gözləntilərinin artması səbəbindən ucuzlaşıb. Qızıl fyuçersləri bazar ertəsi günü 2 faizdən çox ucuzlaşaraq unsiya üçün 4020 dollara enib. Bu, qiymətli metalın ardıcıl ikinci gündür dəyər itirməsi deməkdir.
Yaxın Şərqdə artan gərginlik inflyasiya ilə bağlı narahatlıqları artırıb və ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlaya biləcəyi ehtimalını gücləndirib.
Həftəsonu və bazar ertəsi ABŞ ilə İran arasında raket və pilotsuz uçuş aparatları ilə qarşılıqlı hücumların baş verdiyi bildirilib. Bu vəziyyət neft qiymətlərinin 4 faizdən çox artmasına səbəb olub.
Bazar iştirakçıları Federal Ehtiyat Sisteminin faiz artıracağı ehtimalını daha yüksək qiymətləndirməyə başlayıblar. Hazırda bazarlar sentyabr ayında faiz artımı ehtimalını təxminən 70 faiz səviyyəsində qiymətləndirir.
İnvestorların diqqəti bu həftə ABŞ-da açıqlanacaq əsas iqtisadi göstəricilərə də yönəlib. Xüsusilə iyun ayı üzrə istehlak qiymətləri indeksi və pərakəndə satış məlumatları pul siyasətinin gələcək istiqaməti üçün mühüm siqnal hesab olunur.
MONETAR.AZ