“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının (BOKT) balansında olan 14 qeyri-yaşayış sahəsi hərraca çıxarılır.
Monetar.az xəbər verir ki, hərrac 7 oktyabr 2026-cı il tarixində saat 10:30-da keçiriləcək. Siyahıdakı əmlakların ümumi sahəsi 4 133,5 kvadratmetr, ümumi start qiyməti isə 3,97 milyon manatdır.
Əmlakların 10-u Bakı şəhərinin Xətai rayonunda, 4-ü isə Yasamal rayonunda yerləşir. Ən böyük əmlakın sahəsi 1 560 kvadratmetr, start qiyməti isə 289 800 manatdır. Ən yüksək start qiyməti isə 604 800 manat olmaqla, 360 kvadratmetrlik qeyri-yaşayış sahəsinə aiddir.
Hərraca çıxarılan əmlakların start qiymətləri 127 176 manatdan 604 800 manatadək dəyişir. Beh məbləğləri isə 635,88 manatdan 3 024 manatadəkdir.
Məlumata görə, siyahıdakı əmlaklar 30% qiymət endirimi ilə üçüncü dəfə təkrar hərraca çıxarılır. Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.