“Gəncə Şərab-1” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Monetar.az xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 15:00-da Gəncə şəhəri, Z.Hacıyev küçəsi 56 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə şirkətin Dövlət Vergi Xidmətinə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) və digər təşkilatlara olan borclarının ödənilməsi məsələsinin müzakirəsi daxil edilib.
Yığıncaq “Gəncə Şərab-1” ASC-nin direktorlar şurası tərəfindən çağırılıb.