2 şirkət ləğv olunduğunu elan edib

2 şirkət ləğv olunduğunu

Bakı şəhərində iki məhdud məsuliyyətli cəmiyyət ləğv olunduğunu elan edib.

“AZƏR-YURD A” MMC (VÖEN: 1300516531) fəaliyyətinin dayandırıldığını açıqlayıb. Kreditorlara müraciət edilərək bildirilib ki, iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Ağamalı oğlu (Rəsulzadə qəsəbəsi) küçəsi, ev 54/62 ünvanına təqdim edə bilərlər.

Eyni zamanda “PRO FORM SPORT” MMC (VÖEN: 1006618001) də ləğv olunduğunu elan edib. Kreditorların tələbləri iki ay müddətində Bakı şəhəri, Binəqədi rayonu, Qasımbəy Hacıbababəyov küçəsi, ev 1, mənzil A ünvanına qəbul ediləcək.

Qeyd edək ki, qanunvericiliyə əsasən, şirkətlərin ləğv prosesi zamanı kreditorların hüquqlarının qorunması və maliyyə öhdəliklərinin tənzimlənməsi nəzərdə tutulur.

MONETAR.AZ