2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin rəsmi sığorta yığımlarının həcmi məlum olub. Maliyyə bazarlarına dair hesabatlara istinadən, ilin ilk 4 ayında sığorta bazarında cəmləşmə meylləri və lider şirkətlərin üstünlüyü qorunub. Hesabat dövründə fəaliyyətdə olan 15 sığorta şirkəti tərəfindən ümumilikdə 609 milyon 211 min manat həcmində sığorta haqqı toplanıb.
Yığımların həcminə görə sığorta bazarının mütləq lideri "Paşa Holding" qrupunun şirkətləri olub. Təkcə iki şirkətin – “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” ASC-lərin ümumi yığımları 459 milyon 257 min manat təşkil etməklə, bütün bazarın təxminən 75,4%-nə nəzarət edib.
Renkinqin ilk üçlüyünü “Paşa Həyat Sığorta” ASC (309,8 milyon manat), “Paşa Sığorta” ASC (149,4 milyon manat) və “Atəşgah Həyat” Sığorta Şirkəti ASC (39,4 milyon manat) tamamlayır.
Daha sonra bazarda aşağıdakı şirkətlər yer alıb:
- “Atəşgah” Sığorta Şirkəti ASC – 21 milyon 842 min manat
- “Qala Sığorta” ASC – 16 milyon 732 min manat
- “Aqrar Sığorta” ASC – 11 milyon 857 min manat
- “Azərbaycan Sənaye Sığorta” ASC – 10 milyon 881 min manat
- “Meqa Həyat Sığorta” ASC – 9 milyon 634 min manat
- “Xalq Sığorta” ASC – 9 milyon 551 min manat
- “Meqa Sığorta” ASC – 9 milyon 373 min manat
- “Qala Həyat” Sığorta Şirkəti ASC – 8 milyon 864 min manat
- “A-Qroup Sığorta Şirkəti” ASC – 5 milyon 404 min manat
- “Xalq Həyat” Sığorta Şirkəti ASC – 3 milyon 788 min manat
- “AzSığorta” ASC – 2 milyon 472 min manat
- “İpək Yolu Sığorta” ASC – 1 milyon 145 min manat
Hesabat dövründə dövlət dəstəkli sığorta mexanizmini həyata keçirən "Aqrar Sığorta" ASC 11,8 milyon manatdan çox yığım fəaliyyəti ilə renkinqdə 6-cı pillədə qərarlaşıb. Bazarın ən az yığım fəaliyyəti göstərən şirkətləri isə müvafiq olaraq “AzSığorta” (2,4 milyon manat) və “İpək Yolu Sığorta” (1,1 milyon manat) ASC-lər olub.
MONETAR.AZ