Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarında azalma qeydə alınıb.
Mərkəzi Bankın açıqladığı məlumata görə, 15 may həftəsində ümumi ehtiyatlar 171,5 milyard dollardan 168,6 milyard dollara düşüb. Xalis ehtiyatlar isə 55 milyard dollardan 52,1 milyard dollara geriləyib.
Eyni zamanda, svop əməliyyatları çıxılmaqla hesablanan xalis ehtiyatlarda da azalma müşahidə olunub. Bu göstərici 39,2 milyard dollardan 37,2 milyard dollara enib.
Məlumatda Türkiyənin lirəyə dəstək vermək məqsədilə ABŞ xəzinə istiqrazlarının böyük hissəsini satdığı bildirilib. “Blumberq”in ABŞ Xəzinədarlıq Nazirliyinin məlumatları əsasında apardığı hesablamalara görə, Türkiyənin sahib olduğu ABŞ dövlət istiqrazlarının həcmi fevral ayında 16 milyard dollar olduğu halda, mart ayının sonunda 1,8 milyard dollara qədər azalıb.
Qeyd olunub ki, həmin portfelə Mərkəzi Bankla yanaşı, Türkiyə şirkətləri və digər qurumların aktivləri də daxildir.
MONETAR.AZ