Sığorta ödənişlərində fərq böyüyür: liderlərlə orta şirkətlər arasında uçurum

Sığorta ödənişlərində fərq böyüyür:

2026-cı ilin yanvar–aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinə dair renkinq açıqlanıb.

Hesabat dövründə bazarda ən çox sığorta ödənişi həyata keçirən şirkət “Paşa Həyat Sığorta” ASC olub. Şirkətin ödənişləri 168 milyon 98 min manat təşkil edib.

İkinci yerdə “Paşa Sığorta” ASC qərarlaşıb. Şirkət tərəfindən 52 milyon 501 min manat sığorta ödənişi həyata keçirilib.

Üçüncü sırada “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 34 milyon 734 min manat ödənişlə yer alıb.

Daha sonra şirkətlərin göstəriciləri aşağıdakı kimidir:

  • “Atəşgah” Sığorta Şirkəti ASC – 14 milyon 128 min manat

  • “Qala Sığorta” ASC – 7 milyon 951 min manat

  • “Azərbaycan Sənaye Sığorta” ASC – 6 milyon 43 min manat

  • “Meqa Sığorta” ASC – 5 milyon 727 min manat

  • “A-Qroup Sığorta Şirkəti” ASC – 4 milyon 449 min manat

  • “Xalq Sığorta” ASC – 3 milyon 334 min manat

  • “Xalq Həyat” Sığorta Şirkəti ASC – 2 milyon 58 min manat

  • “Meqa Həyat Sığorta” ASC – 1 milyon 157 min manat

  • “Qala Həyat” Sığorta Şirkəti ASC – 971 min manat

  • “AzSığorta” ASC – 396 min manat

  • “Aqrar Sığorta” ASC – 301 min manat

  • “İpək Yolu Sığorta” ASC – 0 manat

MONETAR.AZ