ABŞ Böyük Britaniya ilə ticarət razılaşmasına yenidən baxa bilər

ABŞ Böyük Britaniya ilə ticarət razılaşmasına yenidən

Donald Tramp bugün bildirib ki, Böyük Britaniya ilə əvvəlki ticarət sazişinin şərtləri yenidən baxıla bilər. O, bunu Britaniyanın daxili siyasət mövqeləri və Baş nazir Kir Starmer ilə fikir ayrılıqları ilə əsaslandırıb.

Tramp Sky News-a verdiyi müsahibədə deyib ki, ABŞ Britaniyaya “çox yaxşı ticarət sazişi” verib və bu razılaşma istənilən vaxt dəyişdirilə bilər.

Xatırladılıb ki, keçən il Tramp və Starmer arasında imzalanan ticarət paktı Britaniya ixracına tətbiq olunan bəzi tarifləri azaldıb və ABŞ kənd təsərrüfatı məhsulları üçün kvotaları genişləndirib.

Məlumatda həmçinin qeyd olunur ki, bu bəyanatlar ABŞ-ın Iran ilə müharibəsi fonunda yaranan diplomatik gərginliklə üst-üstə düşür. Tramp ABŞ və Böyük Britaniya münasibətlərinin əvvəlki kimi güclü olmadığını da bildirib.

MONETAR.AZ