Azərbaycan Mərkəzi Bankı (AMB) üç şirkət barəsində inzibati tədbir görüb.
Qurumun həyata keçirdiyi cari nəzarət prosesləri zamanı A+CO ASC, Diadem ASC və Ekolizinq MMC tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, adıçəkilən şirkətlər hesabatları müəyyən edilmiş müddətdə təqdim etməyib, həmçinin məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarına əməl etməyiblər.
Bu səbəbdən məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə əsasən hər üç şirkət 2000 manat məbləğində cərimə olunub.
AMB bildirib ki, maliyyə intizamının gücləndirilməsi və şəffaflığın artırılması məqsədilə nəzarət tədbirləri davam etdiriləcək.
MONETAR.AZ