Azərbaycan və ABŞ TRIPP layihəsini müzakirə ediblər

Azərbaycan və ABŞ TRIPP layihəsini

Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin iqtisadi, enerji və biznes məsələləri üzrə bürosunun baş müşaviri Rebekka Neff və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrə regional meneceri Sara Leminq ilə görüş keçirib. Bu barədə nazir sosial şəbəkə X-də paylaşım edib.

Bildirilib ki, görüş zamanı enerji dəhlizləri, “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi, Strateji tərəfdaşlıq Xartiyasının iqtisadi və kommersiya istiqamətləri, eləcə də ABŞ şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur, nəqliyyat, rəqəmsallaşma, süni intellekt və digər prioritet sahələrdə layihələrdə iştirakı imkanları müzakirə olunub.

Görüşdə Mikayıl Cabbarov Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb və iqtisadi əlaqələrin genişlənməsi üçün əlverişli mühitin yaradıldığını qeyd edib.