Tarixdə bu gün: “Google” fəaliyyətə başlayıb

Tarixdə bu gün: “Google”

4 sentyabr 1998-ci ildə Larry Page və Sergey Brin tərəfindən yaradılan “Google” şirkəti rəsmi olaraq təsis edilib.

Monetar.az xəbər verir ki, şirkətin əsası 1996-cı ildə Stenford Universitetində aparılan tədqiqat layihəsi zamanı qoyulub. Yeni axtarış sistemi internet səhifələri arasındakı əlaqələri analiz etməklə məlumatların daha asan tapılmasına imkan verib.

Bu texnologiya sonradan “Google”u dünyanın ən böyük texnologiya şirkətlərindən birinə çevirib.