Tramp: DÇ-2026 ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

Tramp: DÇ-2026 ABŞ iqtisadiyyatına 18 milyard dollardan

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, 2026-cı il futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib və 160 mindən çox iş yerinin yaranmasına töhfə verib.

"Təkcə FIFA üzrə Dünya Çempionatı iqtisadiyyatımıza 18 milyard dollardan çox gəlir qazandırdı. Səyahət və turizm investisiyalar, iş yerləri və Amerika müəssisələrinə daxil olan milyardlarla dollar deməkdir", — deyə Tramp "Truth Social" platformasında yazıb.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilib. ABŞ turnirin əsas ev sahibi olub və 11 şəhərdə, o cümlədən final görüşünə ev sahibliyi edib. Finalda İspaniya millisi Argentina yığmasını əlavə vaxtda Ferran Torresin 106-cı dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Trampın açıqladığı rəqəmlər Ağ Evin daha əvvəl paylaşdığı qiymətləndirmələrlə də üst-üstə düşür. Həmin hesablamalara əsasən, dünya çempionatı ABŞ-da təxminən 17–18 milyard dollar ÜDM yaradıb və 185 minədək iş yerinin formalaşmasına töhfə verəcəyi proqnozlaşdırılmışdı.

MONETAR.AZ