Uber artan rəqabət fonunda robotaksi layihələrinə böyük miqyasda investisiya etməyə başlayıb. Financial Times-ın hesablamalarına görə, şirkət artıq pilotsuz avtomobillərin alınması və bu texnologiyanı hazırlayan şirkətlərdə payların əldə olunmasına 10 milyard dollardan çox sərmayə qoyub.
Analitiklərin fikrincə, bu addım Uber-in uzun illər formalaşmış “yüngül aktivli gig iqtisadiyyatı” modelindən uzaqlaşdığını göstərir. Əvvəllər şirkət əsasən sürücülərin şəxsi avtomobilləri üzərindən xidmət göstərirdi.
Son bir ildə Uber çoxsaylı əməkdaşlıqlar elan edib və ondan çox texnologiya şirkəti ilə, o cümlədən Baidu və Rivian ilə tərəfdaşlığa gedib. Şirkət 2026-cı ildə ən azı 15 şəhərdə robotaksi xidmətlərini işə salmağı planlaşdırır.
Robotaksi bazarında Uber üçün əsas rəqiblər arasında Alphabet-in Waymo bölməsi, Tesla və Amazon Zoox (Amazon-a məxsus Zoox bölməsi) yer alır.
MONETAR.AZ