Avrozona iqtisadiyyatı 2026-cı ilin aprel-iyun aylarında 0,6 faiz böyüyüb

Avrozona iqtisadiyyatı 2026-cı ilin aprel-iyun aylarında

Avrozonanın iqtisadiyyatı 2026-cı ilin aprel-iyun aylarında əvvəlki rüblə müqayisədə 0,6 faiz böyüyüb.

“Eurostat”ın bazar ertəsi açıqladığı yenilənmiş hesablamalara əsasən, mövsümi amillər nəzərə alındıqdan sonra 21 ölkəni əhatə edən valyuta ittifaqında iqtisadi artım gözləntilərdən daha yüksək olub. İllik müqayisədə isə avrozona iqtisadiyyatı ikinci rübdə 1,2 faiz genişlənib. Birinci rübdə illik artım 0,6 faiz təşkil etmişdi.

Məlumata görə, süni intellekt texnologiyalarına yönəldilən iri həcmli investisiyalar enerji qiymətlərindəki kəskin artımın iqtisadiyyata mənfi təsirini müəyyən qədər kompensasiya edən amillərdən biri olub. Bununla belə, “Reuters” analitiklərin avrozonanın illik iqtisadi artım tempinin onsuz da aşağı salınmış potensial səviyyədən də zəif ola biləcəyi barədə xəbərdarlıqlarını diqqətə çatdırır.

Üzv ölkələr arasında ən yüksək rüblük artım İrlandiyada qeydə alınıb. Ölkə iqtisadiyyatı əvvəlki rüblə müqayisədə 10,2 faiz böyüyüb. Avstriya isə iqtisadi geriləmə yaşayan yeganə avrozona ölkəsi olub – burada ÜDM 0,1 faiz azalıb.

Avrozonanın iqtisadi göstəriciləri ilə yanaşı, bu həftə Avropa Mərkəzi Bankının növbəti faiz qərarı da investorların diqqət mərkəzində olacaq. Enerji daşıyıcılarının bahalaşmasının yaratdığı inflyasiya təzyiqləri fonunda tənzimləyicinin borclanma xərclərinin artırılması istiqamətində addım ata biləcəyi gözlənilir.

MONETAR.AZ