Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 60,4 faiz artıb

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda əczaçılıq məhsullarının istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 60,4 faiz artıb.

Monetar.az Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara istnadən bildirir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında əczaçılıq məhsullarının istehsalı əvvəlki ilin eyni dövründən 96,8 faiz çox olub. 2026-cı ilin ilk doqquz ayında isə artım tempi 60,4 faiz təşkil edib.

Beləliklə, əczaçılıq məhsullarının istehsalında artım davam etsə də, əvvəlki ilin eyni dövrü ilə müqayisədə artım tempi aşağı düşüb.