Azərbaycanda kimya sənayesində azalma davam edir

Azərbaycanda kimya sənayesində azalma

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində ümumilikdə 1 milyard 721,4 milyon manatlıq məhsul istehsal edilib.

Bununla bağlı Monetar.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalıb.

Hesabat dövründə əsas kimya məhsullarından polietilen istehsalı 23,3 faiz, etilen istehsalı isə 23,8 faiz geriləyib.

Statistik göstəricilərə əsasən, kimya sənayesində istehsalın həcmi yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrünün 92 faizini təşkil edib.