2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi nominal ifadədə artsa da, real ifadədə azalma qeydə alınıb. Qeyri-neft-qaz ixracında isə hesabatda əhəmiyyətli artım göstərilib.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, səkkiz ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 33,93 milyard dollar təşkil edib. İxrac 22,51 milyard dollar, idxal isə 11,42 milyard dollar olub. Beləliklə, xarici ticarətdə 11,09 milyard dollarlıq müsbət saldo yaranıb.
Hesabatda ümumi xarici ticarət dövriyyəsinin nominal ifadədə 7,4% artdığı, real ifadədə isə 15,4% azaldığı göstərilir. Qeyri-neft-qaz ixracının dəyəri 6,28 milyard dollar təşkil edib.