Azərbaycanın qeyri-neft ixracı 1,9 milyard dolları ötüb

Azərbaycanın qeyri-neft ixracı

2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 16,9% artaraq 1,9 milyard ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na görə, təkcə iyun ayında qeyri-neft ixracı 18,2% artaraq 381,9 milyon ABŞ dollarına çatıb. Hesabat dövründə yeyinti məhsullarının ixracı 19,4% artaraq 175,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsullarının ixracı isə 17,3% artaraq 206,5 milyon ABŞ dolları olub.

İlin ilk yarısında aqrar məhsulların ixracı 23,9% artaraq 563,9 milyon ABŞ dollarına, aqrar-sənaye məhsullarının ixracı isə 35,3% artaraq 195,9 milyon ABŞ dollarına yüksəlib. Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının ixracı 759,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,6% çoxdur.

MONETAR.AZ