2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanın bir sıra qeyri-neft məhsullarının ixracında əhəmiyyətli artım qeydə alınıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na əsasən, hesabat dövründə şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə, pambıq ipliyi ixracı isə 2,1 dəfə artıb.
Bununla yanaşı, bitki və heyvan mənşəli piylər və yağların ixracı 50%, alüminium və ondan hazırlanan məmulatların ixracı 40,1%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 30,1%, pambıq lifinin ixracı 26,3%, meyvə-tərəvəzin ixracı 18,9%, çayın ixracı 19,4%, spirtli və spirtsiz içkilərin ixracı isə 2,9% artıb.
MONETAR.AZ