2026-cı ilin yanvar–iyun aylarında Rusiya Azərbaycanın qeyri-neft məhsullarının əsas ixrac bazarı olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, hesabat dövründə Rusiyaya 596,1 milyon ABŞ dolları, Türkiyəyə 350,7 milyon ABŞ dolları, Gürcüstana 279,8 milyon ABŞ dolları, İsveçrəyə 213,9 milyon ABŞ dolları, Ukraynaya isə 73,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
İyun ayında da Rusiya 162,4 milyon ABŞ dolları ilə ilk yerdə qərarlaşıb. Sonrakı yerləri Gürcüstan (50 milyon ABŞ dolları), Türkiyə (44,6 milyon ABŞ dolları), İsveçrə (35,2 milyon ABŞ dolları) və ABŞ (14,4 milyon ABŞ dolları) tutub.
Hesabatda həmçinin qeyd olunur ki, ilin ilk yarısında "Azərkosmos" dünyanın 33 ölkəsindən 90-a yaxın şirkətə 13,1 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidməti göstərib. Bu dövrdə qurumun ümumi gəlirlərinin 63%-i ixrac əməliyyatlarının payına düşüb.
MONETAR.AZ