Beynəlxalq Valyuta Fondu Azərbaycanın iqtisadi artımını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu Azərbaycanın iqtisadi artımını

2026-cı ildə Azərbaycanın real ÜDM artımının 2,2% olacağı gözlənilir. Bu göstərici 2025-ci ildə qeydə alınmış 1,4%-lik artımla müqayisədə daha yüksəkdir.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında bildirilir. Proqnoza görə, 2027-ci ildə ölkə iqtisadiyyatının artım tempi daha da sürətlənərək 2,5%-ə çatacaq.

Rəsmi statistikaya əsasən, 2025-ci ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 129,1 milyard manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,4% çoxdur.

Sektorlar üzrə nəticələr fərqlidir:

  • neft-qaz sektorunda əlavə dəyər 1,6% azalıb;
  • qeyri-neft-qaz sektorunda isə 2,7% artım qeydə alınıb.

ÜDM-in strukturu belə formalaşıb:

  • 33,0% — sənaye
  • 11,3% — ticarət və nəqliyyat vasitələrinin təmiri
  • 7,1% — nəqliyyat və anbar təsərrüfatı
  • 6,5% — tikinti
  • 5,9% — kənd təsərrüfatı, meşə və balıqçılıq
  • 2,8% — turizm və ictimai iaşə
  • 2,1% — informasiya və rabitə
  • 21,7% — digər sahələr

Məhsul və idxal üzrə xalis vergilərin payı 9,6% təşkil edib.

Adambaşına düşən ÜDM isə 12 602,2 manat səviyyəsində olub.