2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 665,3 min ədəd üst geyim istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 270,4 min ədəd və ya 68,5% çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, avqustun 1-nə hazır məhsul ehtiyatı illik müqayisədə 33 min ədəd və ya 85,5% artaraq 71,6 min ədədə çatıb.
Hesabat dövründə Azərbaycanda 985,6 min ədəd alt geyim istehsal olunub ki, bu da illik müqayisədə 10,8% artım deməkdir. Corab məmulatlarının istehsalı 2 976,2 min cüt təşkil edib və 2,5 dəfə artıb. İstehsalat və peşə geyimləri komplektlərinin istehsalı isə 987,7 min ədəd olmaqla 3,3% yüksəlib.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə Azərbaycanda 394,9 min ədəd üst geyim istehsal edilib, hazır məhsul ehtiyatı isə 38,6 min ədəd təşkil edib.