Çin ABŞ-dən İrana qarşı sanksiyaları ləğv etməsini istəyib

Çin ABŞ-dən İrana qarşı sanksiyaları

Çin ABŞ-ni İranla əlaqəli olduğu əsas gətirilərək Çin şirkətləri və vətəndaşlarına tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb.

Monetar.az xəbər verir ki, Çinin Ticarət Nazirliyinin sözçüsü Huang Linq Vaşinqtonun birtərəfli sanksiyalarının normal iqtisadi-ticarət əlaqələrinə müdaxilə etdiyini bildirib.

Onun sözlərinə görə, ABŞ-nin bu addımları qlobal enerji təhlükəsizliyinə və enerji təchizatının sabitliyinə də mənfi təsir göstərir.

Çin rəsmisi bildirib ki, Pekin BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan tətbiq edilən birtərəfli sanksiyalara qarşıdır və ABŞ-ni sözügedən məhdudiyyətləri aradan qaldırmağa çağırır.

Qeyd edək ki, ABŞ bu il may və iyul aylarında İranın silah və neft ticarəti ilə əlaqəli olduğu bildirilən bir sıra Çin şirkətləri, şəxslər və gəmiçilik şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.