Dövlət müəssisələrində iaşə dövriyyəsi azalıb, özəl sektorda artıb

Dövlət müəssisələrində iaşə dövriyyəsi azalıb,

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi real ifadədə ötən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq 2,3 milyard manata yaxınlaşıb. Bununla belə, dövlət və özəl sektorun göstəriciləri arasında ciddi fərq yaranıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, dövlət sektorunda ictimai iaşə dövriyyəsi 11,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrünün 66,1%-nə bərabərdir. Başqa sözlə, dövlət sektorunda göstərici 33,9% azalıb.

Özəl sektorda isə ictimai iaşə dövriyyəsi 2 milyard 298,3 milyon manata çatıb. Bu istiqamətdə artım 8,3% olub. Fərdi sahibkarların payına isə 1 milyard 149,1 milyon manatlıq dövriyyə düşüb.