Koreya Bankı yerli istehsalçılardan qızıl almağa başlayacaq

Koreya Bankı yerli istehsalçılardan

Cənubi Koreya Mərkəzi Bankı tədarük mənbələrini diversifikasiya etmək və qızıl ehtiyatlarını artırmaq strategiyası çərçivəsində bazar ertəsindən etibarən yerli istehsalçılardan qızıl alışına başlayacağını açıqlayıb.

Bank bildirib ki, bu məqsədlə yerli istehsalçılar, Koreya Birjası (Korea Exchange, KRX) və Koreya Qiymətli Kağızlar Depozitarisi (Korea Securities Depository, KSD) ilə birlikdə daxili bazardan qızıl alınması mexanizmi hazırlanıb.

Məlumata görə, Mərkəzi Bank qızılı beynəlxalq bazar qiymətləri əsasında birbaşa yerli istehsalçılardan alacaq. Əməliyyatların icrası, hesablaşmalar və saxlanma prosesi isə KRX və KSD-nin müvafiq infrastrukturundan istifadə edilməklə həyata keçiriləcək.

Yeni mexanizm Cənubi Koreyanın qızıl ehtiyatlarının formalaşdırılmasında idxaldan asılılığın azaldılmasına və daxili istehsalın daha səmərəli şəkildə ehtiyatlara cəlb olunmasına xidmət edəcək.

MONETAR.AZ