Ölkədə ət istehsalı artsa da, idxal 22 faiz yüksəlib

Ölkədə ət istehsalı artsa da,

Azərbaycanda ət və ət məhsullarının istehsalı 2020–2025-ci illərdə 346 min tondan 386,5 min tona yüksəlib. Bununla yanaşı, ölkəyə ət idxalı da artaraq 77,9 min tona çatıb.

Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” məcmuəsinə əsasən, beş il ərzində ət istehsalı 40,5 min ton və ya 11,7% artıb.

Eyni dövrdə idxalın həcmi 63,6 min tondan 77,9 min tona yüksəlib. Beləliklə, ət idxalında artım 22,4% təşkil edib.

Əhalinin şəxsi istehlak fondu da artım göstərib. 2020-ci ildə 406,7 min ton olan göstərici 2025-ci ildə 460,2 min tona çatıb.

Beləliklə, 2020–2025-ci illərdə həm istehlak fondu, həm də idxal ət istehsalından daha sürətlə artıb. 2025-ci ilin sonuna ölkədə 12,8 min ton ət ehtiyatı qalıb.

 

MONETAR.AZ