Ölkədən zeytun yağı ixracı 24 dəfə artıb

Ölkədən zeytun yağı ixracı

Azərbaycandan zeytun yağı ixracı 2020-ci ildəki 64 tondan 2025-ci ildə 1 567 tona yüksəlib. Beş il ərzində ixrac təxminən 24,5 dəfə artıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” məcmuəsinə əsasən, zeytun yağı istehsalı da artıb. 2020-ci ildə 1 014 ton olan istehsal 2025-ci ildə 2 159 tona çatıb. Artım 112,9% təşkil edib.

İdxal 2 266 tondan 2 340 tona yüksəlib. Bununla yanaşı, əhalinin şəxsi istehlak fondu 3 206 tondan 2 866 tona düşüb.

Zeytun yağı istehsalı və ixracı artdığı halda, şəxsi istehlak fondu azalıb. İxracdakı yüksək artımın başlanğıc göstəricinin kiçik olması ilə də bağlı olduğunu nəzərə almaq lazımdır.