Qazaxıstanda inflyasiya 21 ayın minimumuna düşüb

Qazaxıstanda inflyasiya

Qazaxıstanda illik inflyasiya 2026-cı ilin oktyabrında 9,2%-ə enib. Sentyabrda bu göstərici 9,3% olub. Beləliklə, inflyasiya 2025-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə düşüb.

Monetar.az xəbər verir ki,  ərzaq inflyasiyası 8,5%-dən 7,6%-ə, qeyri-ərzaq məhsulları üzrə inflyasiya isə 11%-dən 10,4%-ə geriləyib.

Xüsusilə ət və quş əti qiymətlərinin artım tempinin zəifləməsi ümumi inflyasiyaya təsir edib. Bununla yanaşı, ödənişli xidmətlər üzrə inflyasiya 8,9%-dən 10,3%-ə yüksəlib.