2025-ci ildə turizm sektorunun ABŞ iqtisadiyyatına töhfəsi 2,63 trilyon dollar təşkil edib. Çin 1,75 trilyon dollarla ikinci, Almaniya isə 566,2 milyard dollarla üçüncü yerdə qərarlaşıb.
Monetar.az-ın Dünya Turizm Şurasının (WTTC) məlumatları əsasında hazırladığı araşdırmaya görə, ABŞ ilə Çin arasında turizm iqtisadiyyatının həcmi üzrə fərq təxminən 878 milyard dollar olub.
Reytinqdə Böyük Britaniya 380,2 milyard dollarla 4-cü, Yaponiya 343,1 milyard dollarla 5-ci, Fransa 311,8 milyard dollarla 6-cı yeri tutub. İspaniya 291 milyard dollarla 7-ci, Meksika 282,7 milyard dollarla 8-ci, İtaliya 264,5 milyard dollarla 9-cu, Hindistan isə 263,6 milyard dollarla 10-cu olub.
Türkiyə 170 milyard dollarlıq göstərici ilə 14-cü sırada qərarlaşıb. Səudiyyə Ərəbistanının turizm iqtisadiyyatının həcmi 178,1 milyard dollar, Avstraliyanın göstəricisi isə 198 milyard dollar təşkil edib.