Türkiyə Mərkəzi Bankı dollar-qızıl svop əqdi üzrə müddətin başa çatmasından sonra 16 ton qızılı öz ehtiyatlarına qaytarıb.
Tənzimləyicinin dünən açıqladığı məlumatlara görə, beynəlxalq qızıl ehtiyatları ötən həftə 16 ton artaraq 791,4 tona çatıb.
Bankirlərin sözlərinə görə, təxminən 1,8 milyard dollar dəyərində olan bu svop əqdi İranda müharibənin başlamasından sonra həyata keçirilən silsilə əməliyyatların sonuncusu olub. Əvvəlki svop əqdlərinin müddəti başa çatdıqda isə onlar yenilənirdi.
Türkiyə Mərkəzi Bankı sözügedən əqdlə bağlı şərh verməkdən imtina edib.
MONETAR.AZ